Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Dövlət Məşğulluq Agentliyi sahibkarlarla görüş keçirib

29 iyul 2022 | 18:07

Tovuz rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə dəyirmi masa tədbiri keçirilib.

Keçirilən görüşdə RİH başçısı aparatının və Qazax-Tovuz Regional Məşğulluq Filialının əməkdaşları, sahibkarlar, bəzi müəssisə və təşkilatların nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə RİH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Alı İbrahimov açaraq iştirakçıları salamlamış, keçirilən tədbirin əsas məqsədinin rayonda işə götürənlər və işaxtaranlar arasında əlaqənin düzgün qurulmasının təmin edilməsi, işsizlik səviyyəsinin azaldılmasına töhfə vermək və sahibkarlara dövlət dəstəyinin artırılması olduğunu qeyd etmişdir.

Məşğulluq Agentliyinin əməkdaşları öz çıxışlarında Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri haqqında geniş məlumat vermiş, əsas fəaliyyət istiqamətinin işsizliyin azaldılması və məşğulluğun artırılması məqsədilə “vətəndaş yönümlü” məşğulluğa dair siyasət qərarlarının inkişaf etdirilməsi olduğunu qeyd etmişlər. İştirakçılara sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi və işçilərə əməkhaqqının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına verilməsi qaydaları, həmçinin işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili haqqında ətraflı məlumat verilmişdir.

Tədbir qarşılıqlı müzakirə şəraitində davam etmişdir.

Keçidlər