Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən dövlət qulluqçuları üçün təlimlər keçirilib

12 avqust 2024 | 15:21

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən silsilə tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Tovuz Tarix-Diyarşünaslıq Müzeyində “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları”, “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” və “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə” mövzularında üç günlük təlimlər keçirilib. Təlimdə RİH başçısı aparatının məsul şəxsləri və digər dövlət qurumlarında çalışan əməkdaşlar iştirak ediblər.
Təlimlər zamanı mövzular ətrafında iştirakçılara məlumatlar verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

Keçidlər