Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən dövlət qulluqçuları üçün təlimlər keçirilib

16 sentyabr 2023 | 15:31

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.1.9-cu fəaliyyət istiqamətinin (dövlət qulluğunda və iqtisadi idarəetmədə effektivliyinin artırılması) 1-3-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən silsilə tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Tovuz Tarix-Diyarşünaslıq Müzeyində “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik”, “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi”, “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” və  “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzularında üç günlük təlimlər keçirilib. Təlimdə icra aparatının məsul şəxsləri və digər dövlət qurumlarında çalışan əməkdaşlar iştirak ediblər.

Təlim zamanı mövzular çərçivəsində iştirakçılara məlumat verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

Keçidlər