Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Dinlərarası dözümlülük və multikulturalizm ənənələri Azərbaycanda” mövzusunda konfrans keçirilib

04 dekabr 2025 | 12:34

Tovuzda “Dinlərarası dözümlülük və multikulturalizm ənənələri Azərbaycanda” mövzusunda konfrans keçirilib.

Tədbirdə dövlət qurumlarının məsul əməkdaşları, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar  məsələlər şöbəsinin müdiri Təranə Bayramova çıxışında bildirib ki, Azərbaycanda çağdaş multikulturalizm siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun siyasi hakimiyyətə qayıdışı tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün şərait yaradıb.

Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin Analitik təhlil və proqnozlaşdırma sektorunun müdiri Cəmaləddin Quliyev çıxışında qeyd edib ki, məscid, kilsə və sinaqoqun bir məkanda mövcud olması ölkəmiz üçün səciyyəvi mənzərədir. Azərbaycan minilliklər boyu müxtəlif dinlərin, mədəniyyətlərin və etnosların qovuşduğu bir coğrafiya olub. O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda tolerantlıq ənənələrimizin qorunub saxlanması və daha da inkişaf etdirilməsi istiqamətində fəal iş aparıldığını diqqətə çatdırıb.

Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov vurğulayıb ki, ölkəmizdə insanların inancına hörmət, fərqliliyə dözümlülük və birlik içində yaşamaq ənənəsi formalaşıb. Məhz buna görə Azərbaycan dünyada multikultural dəyərləri yaşadan nümunəvi dövlət kimi tanınır.

Rayon Gənclər və İdman Sektorunun baş məsləhətcisi Yaşar Orucov, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Qazax şəhər “Cümə” məscidinin imamı və icma sədri İlham Süleymanov, Tovuz rayon məscidinin imamı Elnur Məhərrəmov, Ağstafa şəhər “Cümə” məscidinin imam müavini Şahin İsmayılzadə, eləcə də Tovuz Dövlət Sosial-İqtisad Kollecinin müəllimi Rufanə Əliyeva çıxışlarında diqqətə çatdırıblar ki, Azərbaycanda dinlərarası dözümlülük və multikulturalizm dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Sonda xatirə şəkili çəkilib.

Keçidlər