Tovuzda “Dahi şəxsiyyəti Heydər Əliyevin gender siyasəti” mövzusunda dəyirmi masa keçirilib..
Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Dahi şəxsiyyəti Heydər Əliyevin gender siyasəti” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, DQİDK-nin Tovuz bölgəsi üzrə şöbənin əməkdaşları, Tovuz Rayon Qeydiyyat Şöbəsinin rəisi, məktəb psixoloqları, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan olunmuşdur.
RİH aparatının məsul əməkdaşı Akif Ələkbərov çıxış edərək bildirmişdir ki, sağlam ailə mühitinin formalaşması üçün ilk növbədə, cəmiyyətdə qadın və kişilərin hüquqi, sosial, mənəvi baxımdan bərabər olması şərtdir. Bu bərabərlik leksikonumuza “gender bərabərliyi” şəklində daxil olub. Gender bərabərliyi ictimai həyatın bütün sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Bu gün biz Azərbaycanda qadın hüquqlarının ən yüksək səviyyədə təminatından, gender bərabərliyindən bəhs ediriksə, bu məsələdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əhəmiyyətini mütləq şəkildə vurğulamalıyıq. Tam səmimi olaraq, qeyd edə bilərik ki, Azərbaycanda uğurlu gender siyasətinin əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə qadın şəxsiyyətinin önəmini yüksək qiymətləndirmişdir. Əsası Ulu Öndər tərəfindən qoyulan Azərbaycanın gender siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlət başçısı gender məsələlərinə xüsusi həssaslıqla yanaşır, bu sahədə bütün müvafiq addımların atılmasına şəxsən nəzarət edir.
Tovuz Rayon Qeydiyyat Şöbəsinin rəisi Svetlana Verdiyeva, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Günel Qasımova, Tovuz Peşə liseyinin direktor müavini Sərxan Musayev və A.Qasımov adına Tovuz şəhər tam orta məktəbin müəllimi Kifayət Haqverdiyeva çıxış edərək bildirmişlər ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olmasını danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsinin vacibliyi bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur. Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur. Heydər Əliyev hər zaman vurğulayırdı ki, Azərbaycanda lider qadınlar, sahibkar qadınlar yetişir. Bunu hər sahədə görmək olar.