Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Bullinq və ondan qorunmanın yolları” mövzusunda tədbir keçirilib

17 may 2024 | 09:36

Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində  Uşaq Səfirlər Məclisinin Tovuz rayonu üzrə region nümayəndələrinin və fəal uşaqların təşəbbüsü ilə “Bullinq və ondan qorunmanın  yolları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Uşaq Səfirlər Məclisinin Tovuz rayonu üzrə region nümayəndələri, fəal uşaqlar və  müəllimlər iştirak ediblər.

İmran Bayramov adına Aşağı Quşçu kənd tam orta məktəbin şagirdi Həsənzadə Əsmər Ruslan qızı  “Bullinq və onun qarşısının alınması” mövzusunda təqdimat ilə  Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəb şagirdi  Nəsibzadə Aydan “Bullinqin növləri  və ondan qorunmanın  yolları” mövzusunda  çıxışlar edərək bildirmişlər ki, Bullinqə təkcə məktəbdə deyil, hər yerdə istənilən yaş dövründə rast gəlmək olar. Məktəbdə baş verən bullinqlər isə daha ciddi xarakter daşıyır. Çünki yetkin insan psixologiyası tramvalardan müdafiə olunmaq intellektinə malik olur, lakin uşaq üçün belə bir ağır yükü daşımaq hər zaman mümkün olmur.

Mövzu ilə bağlı şagirdlərə sorğu vərəqələri paylanıldı. Bullinq və ondan qorunmağın yolları haqqında fikirləri alınaraq müzakirə olundu. Tədbir disskusiya şəkilində davam etmişdir.

Keçidlər