Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Bilimdən Zəfərə” layihəsinin növbəti tədbiri baş tutub

16 may 2023 | 21:36

Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Bilimdən Zəfərə” layihəsi 13 may 2023-cü il tarixində Tovuz rayonunda baş tutub.

Layihə "YAŞAT” Fondunun, ASAN Xidmətin, İnnovasiyalar Mərkəzi, Bilim Bakı Mərkəzinin birgə təşkilatçılığı, Tovuz Rayon İcra Hakimiyyətinin və ASAN Könüllüləri Təşkilatının dəstəyi ilə gerçəkləşib.

Məqsəd uşaqların elmə, innovasiyaya və texnologiyaya marağını artırmaq, elmi hadisələrin təcrübədə necə işlədiyini müşahidə etmələrinə imkan yaratmaqdır. Eləcə də onların istirahət günlərinin səmərəli təşkili və dostluq əlaqələrinin möhkəmləndirilməsi əsas hədəflərdir.

Şəhidlərimizin 6-14 yaş aralığındakı övladlarını əhatə edən layihə çərçivəsində iştirakçılara riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib, proseslərin vizual izahı üçün müşahidələr və təcrübələr aparılıb. Həmçinin maarifləndirici, intellektual oyunlar və “Bilim şou” nümayiş etdirilib.

Tədbir müddətində uşaq, vətənpərvərlik, Azərbaycan-Türkiyə qardaşlığı mövzusunda müxtəlif musiqilər və şüarlar səsləndirilib.

Region əhalisi üçün “İnnovasiyalar Mərkəzi” tərəfindən Ulu Öndərin 100 illiyinə həsr olunmuş müsabiqələr təşkil olunub.

Sonda iştirakçılara təşəkkürnamələr verilib və "OBA" marketlər şəbəkəsi tərəfindən həm iştirakçılara, həm də müsabiqə qaliblərinə hədiyyələr təqdim olunub.

Keçidlər