Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən təmir olunan tibb məntəqələri istifadəyə verilib

19 oktyabr 2022 | 14:58

Beynəlxalq Qzıl Xaç Komitəsi tərəfindən Tovuz rayon Əlibəyli kənd tibb məntəqəsi və Əsrik Cırdaxan kənd Ailə sağlamlıq Mərkəzi əsaslı təmir olunduqdan sonra istifadəyə verilib.

Hər iki tibb məntəqəsinin yenidən istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin Qərb regionu üzrə koordinatoru İmran Qurbanov, Beynəlxalq Qızıl Xaç Komitəsinin Səhiyyə deleqatı Oscar Danilo Garcia Linarte və Komitənin Səhiyyə koordinatoru Apollo Kinyokie Barassa iştirak ediblər.

Qonaqlara məntəqələrdə aparılan təmir işlərinin ümumi gedişi, yeni yaradılan şərait və tibb otaqları barədə ətraflı məlumat verilib.

RİH başçısının müavini Niftalı Qasımov və TƏBİB-in koordinatoru İmran Qurbanov çıxış edərək sərhəd kəndlər olan Əlibəyli və Əsrik Cırdaxan kəndlərinin strateji cəhətdən önəmli olduğunu bildirib, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyinə ölkənin, həmçinin Tovuz rayonunun səhiyyəsinə göstərdikləri diqqətə görə təşəkkür ediblər.

 

Keçidlər