Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Beynəlxalq Ailə Günü” ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib

15 may 2024 | 18:04

15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq demişdir: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”. Uğurlu ailə siyasəti hazırda Ulu Öndər siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədi ilə Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Valideyn-uşaq münasibətlərinin tənzimlənməsi” mövzusunda Tovuz Təhsil Sektoru, “Ekoloji düşüncə ailədən başlayır” mövzusunda 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” mövzusunda Qazax-Tovuz Regionla Gənclər və İdman İdarəsinin Tovuz Gənclər və idman sektoru və Tovuz Peşə Liseyi, “Ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəsillərə aşılanması” mövzusunda Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi tərəfindən 15 May “Beynəlxalq Ailə Günü” ilə əlaqədar olaraq tədbirlər keçirilib.

Tovuz rayonu ərazisində keçirilən silsilə tədbirlərdə uşaq və yeniyetmələr, gənclər, o cümlədən gənc və həssas qruplara aid olan ailələr, uzunömürlü və nümunəvi ailələr iştirak etmişlər.

Keçidlər