Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda baş gizir Əhmədov Firuz Məzahir oğlu dəfn edildi

14 sentyabr 2022 | 15:07

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu baş gizir, 1985-ci il təvəllüdlü Əhmədov Firuz Məzahir oğlu bu gün Tovuz rayonunda dəfn olunub.

Şəhidimiz Tovuz şəhər qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub.

Vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatları Arzu Nağıyev, Qənirə Paşayeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Allah şəhidimizə rəhmət eləsin!

Keçidlər