Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda tədbir keçirilib

29 aprel 2023 | 15:18

Tovuz rayonunda “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar silsilə tədbirlər keçirilir. Həmin tədbirlərin davamı olaraq Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami adına mədəniyyət evində “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə xanım Ağayevaya, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, politoloq Elman Nəsirov, ziyalılar, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi ziyarət olunmuş və önünə gül dəstələri düzülmüşdür.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan olunub.

Əvvəlcə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda hazırlanmış Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək Heydər Əliyevin dövründə Azərbaycanda xalqın azadlıq və müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsaslar yaradılmasından bəhs etmiş, bu sayədə dövlətçilik sütunlarının möhkəmləndiyini və milli inkişaf konsepsiyasının müəyyənləşdiyini vurğulamışdır.

Daha sonra çıxış edən millət vəkilləri Ülviyyə xanım Ağayeva və Elman Nəsirov Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin ikinci hakimiyyəti dövründə ölkədə bərqərar olan siyasi sabitlik nəticəsində müstəqilliyimizin daha da möhkəmləndiyini, nəticədə Azərbaycanın iqtisadi gücünün, sosial rifahının, uğurlu xarici siyasətinin, xüsusilə də tarix yazan güclü ordusunun inkişafına zəmin yarandığını bildirmişlər.

Keçidlər