Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105-ci il dönümü  qeyd olunub

26 iyun 2023 | 13:05

Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105-ci il dönümü və 26 iyun-Silahlı Qüvvələr günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov, hərbi komandirlər, rayon ictimaiyyətinin nümayəndələri və Tovuzda təşkil olunan “Poliqon” hərbi-vətənpərvərlik düşərgəsinin gəncləri iştirak ediblər.

Əvvəlcə Silahlı Qüvvələrin yaradılmasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 RİH başçısının müavini Niftalı Qasımov çıxış edərək hərbi hissənin şəxsi heyətini bu günki bayram münasibətilə təbrik etmişdir. O bildirmişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin yaranması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu ilki bayram xüsusi bir ilə, “Heydər Əliyev ili”nə təsadüf edir. Ümummilli Liderin açdığı yolda inamlı və qətiyyətli addımlarla irəliləyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində son illərdə Ordunun döyüş qabiliyyətinin daha da yüksəldiyini, maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndiyini, hərbiçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldığını qeyd edib.

Hərbi hissənin komandiri, polkovnik İlqar Xasməmmədov və digər çıxışçılar ölkədə aparılan mükəmməl ordu quruculuğunun və bu sayədə qazanılan böyük Zəfərin əhəmiyyətindən danışmış, Silahlı Qüvvələrimizə göstərilən dövlət qayğısına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitabların sərgisinə baxış keçirilib.

Sonra xidmətdə fərqlənən hərbi qulluqçuların bir qrupuna Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim edilib.

Tədbir rayonumuzun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam edib.

Keçidlər