Tovuzda Azərbaycan qadınlarının VI Qurultayı ilə əlaqədar görüş keçirildi
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı münasibətilə Tovuz rayonu Heydər Əliyev Mərkəzində görüş keçirilmişdir. Görüşdə rayonun siyasi həyatında fəal rol oynayan müxtəlif peşə sahələrində çalışan xanımlar iştirak etmişdir.
Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova yığıncaqla bağlı ətraflı məlumat verərək bildirib ki, gündəliyə Tovuzda erkən nikah, məişət zorakılığına qarşı mübarizə, qadınların problemləri, gender bərabərliyi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr daxil edilmişdir.
Görüş diskusiya formatında təşkil olunmuşdur. Sonda iştirakçıların təklifləri dinlənilmişdir.