Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda  antiterror tədbirləri zaman yaralanmış hərbi qulluqçular ziyarət edilib

06 noyabr 2023 | 17:58

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov antirerror tədbirlər zamanı yaralanmış və xəstəxanalarda müalicə olunaraq evlərinə qayıtmış hərbi qulluqçuları Əyyublu, Alakol, Düz Qırıqlı və Ağdam kəndlərində ziyarət edib.

Əsgər ailələri ilə görüşlərində M.Məmmədov hərbiçilərə onların şanlı Azərbaycan Ordusunun yazdığı Zəfər tarixinin qəhrəman iştirakçıları olduqlarını bildirmiş, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan hərbiçilərinin şücaətini və döyüş qabiliyyətini çox yüksək qiymətləndirdiyini, torpaqlarımızın məhz əsgər və zabitlərimizin rəşadəti sayəsində işğaldan azad olunduğunu dəfələrlə qeyd etdiyini diqqətə çatdırmışdır. 

Qazilər və ailə üzvləri reabilitasiya dövründə onlara göstərilən xüsusi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dərin minnətdarlıq bildiriblər.

 

Keçidlər