Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin qəbirüstü abidələrini ziyarət edilib və şəhid Hüseynov Səddam Rafiq oğlunun anım mərasimi keçirilib

15 sentyabr 2023 | 19:26

Tovuz Rayon İcra Hakimiyyətinin Başçısı Məmməd Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Xalid Abasov, rayon ictimaiyyətinin nümayəndələri 27 sentyabr Anım Günü ərəfəsində şəhid ailələri ilə birlikdə Çeşməli kəndində Bədəlov Oktay Ələddin oğlunun, Hüseynov Səddam Rafiq oğlunun, Güvəndik kəndində Fərzalıyev Samiq Misir oğlunun qəbrlərini ziyarət etmiş, məzarları önünə gül dəstələri qoyaraq əziz xatirələrinə ehtiram göstərmişlər. Şəhidlərimizin ruhuna dualar oxunmuşdur. 

Ötən ilin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər, Hüseynov Səddam Rafiq oğlu şəhid olmuşdur. Bu gün torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin şəhadətə qovuşmasının  birinci ildönümüdür.

Tovuz Rayon İcra Hakimiyyətinin Başçısı Məmməd Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Xalid Abasov, rayon ictimaiyyətinin nümayəndələri ilə birgə şəhidin anım mərasimində iştirak edib. Qəhraman şəhidimizin əziz xatirəsi ehtiramla yad edilərək şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir dilənib.

Şəhid ailələri söhbət zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri diqqətə görə razılıqlarını bildirmiş, təşəkkürlərini dilə gətirmişlər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər