Tovuzda Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidinin qəbirüstü abidəsi ziyarət edilib və şəhid Nəsibov Kənan Cəbrayıl oğlunun anım mərasimi keçirilib
Tovuz Rayon İcra Hakimiyyətinin Başçısı Məmməd Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri 27 sentyabr Anım Günü ərəfəsində şəhid ailələri ilə birlikdə Əsrik Cırdaxan kəndində şəhidi Hüseynov Əfşan Əbülfəz oğlunun və Nəsibov Kənan Cəbrayıl oğlunun qəbrlərini ziyarət etmiş, məzarları önünə gül dəstələri qoyaraq əziz xatirələrinə ehtiram göstərmişlər. Şəhidlərimizin ruhuna dualar oxunmuşdur.
Ötən ilin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər, Nəsibov Kənan Cəbrayıl oğlu şəhid olmuşdur. Bu gün torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin şəhadətə qovuşmasının birinci ildönümüdür.
Tovuz Rayon İcra Hakimiyyətinin Başçısı Məmməd Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri şəhidin anım mərasimində iştirak edib. Qəhraman şəhidimizin əziz xatirəsi ehtiramla yad edilərək şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir dilənib.
Şəhid ailələri söhbət zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri diqqətə görə razılıqlarını bildirmiş, təşəkkürlərini dilə gətirmişlər.
Allah şəhidlərimizə rəhmət eləsin!