Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “8 Noyabr - Zəfər Günü”nün beşinci ildönümünə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib

08 noyabr 2025 | 17:38

Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 noyabr-Zəfər Günü”nün beşinci ildönümünə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.

 Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Nizami Səfərov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov,  hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

  Tədbirdə muasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

  Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək “8 Noyabr-Zəfər Günü” münasibətilə tədbir iştirakçılarını və  rayon sakinlərini təbrik etmişdir. Bildirmişdir ki, bu gün  xalqımızın ən şanlı, ən qürurlu günlərindən birini – Zəfər Gününün beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd edirik. Beş il əvvəl xalqımızın birliyinin, dövlətimizin qüdrətinin, ordumuzun rəşadətinin təntənəsi olan bu möhtəşəm Qələbə Azərbaycan tarixində yeni  bir səhifə açdı. Bu Zəfər Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin qızıl dövrü, Ulu Öndər Heydər Əliyevin ideyalarının reallığa çevrilməsidir. Bu misilsiz qələbə Prezident İlham Əliyevin Ali Baş Komandan kimi məharətinin bütün dünyaya nümayişidir, ordumuzun zəfər yürüşü, xalqımızın özünə qayıdışıdır.

   Milli Məclisin deputatları Nizami Səfərov “8 noyabr-Zəfər Günü” münasibətilə tədbir iştirakçılarını təbrik edərək qeyd etmişdir ki, Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında məharətlə hazırlanmış “Dəmir yumruq” əməliyyatı ilə cəmi 44 günə düşmənin 30 illik istehkamlarını dağıdaraq şəhər, qəsəbə və kəndlərimizi qarış-qarış işğaldan azad etdi. Artıq beş ildir ki, müqəddəs üçrəngli bayrağımız düşməndən azad olunmuş torpaqlarımızda qürurla dalğalanır. Dövlət başçısının rəhbərliyi altında Qarabağa Böyük Qayıdış üçün geniş quruculuq işləri uğurla davam etdirilir.

  Tədbir incəsanət ustaların iştirakı ilə geniş bayram konsert proqamı ilə davam edib.

 

 

Keçidlər