Tovuzda “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş şahmat turniri keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tovuz rayon İcra Hakimiyyəti, YAP Tovuz rayon təşkilatı, Qazax–Tovuz RTİ-nin Tovuz rayon Təhsil Sektoru və nəzdində fəaliyyət göstərən Tovuz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “8-Noyabr Zəfər Günü”nə həsr olunmuş şahmat üzrə “Zəfər Kuboku” TEMPO-turniri keçirilib.
Turnirdə 16 yaşa qədər oğlan və qızlardan ibarət məktəblilər arasında keçirilib.
Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Tovuz Təhsil Sektorunun müdiri Aysel Quliyeva, Tovuz UGİŞM-in direktoru Məleykə Əmirzadə iştirak ediblər.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ümumilikdə 64 şagirdin qatıldığı yarış gərgin və maraqlı mübarizə şəraitində keçib. Sonda yarışda oğlan və qızlar arasında 1,2,3 yerləri tutmuş şahmatçılar təşkilatçılar tərəfindən kubok, medal və diplomlarla təltif edilmiş, digər yarış iştirakçılarına gələcək turnirlərdə uğurlar arzulanmışdır.






