Tovuzda “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş intellektual bilik yarışı keçirilib.
Tovuz rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş intellektual bilik yarışı keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova və Tovuz rayon üzrə təhsil sektorunun müdiri Aysel Quliyeva iştirak ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.
Yarış IX sinif şagirdləri arasında onlayn "Kahoot" proqramı vasitəsilə təşkil edilib və üç turdan ibarət olub. Ümumilikdə 44 komandanın qatıldığı yarışın ilk turundan 20 komanda seçilərək II tura, ikinci turdan isə 10 komanda seçilərək finala vəsiqə qazanıb.
Finalda Tovuz rayon Zahir Yusifov adına Bayramlı kənd tam orta ümumtəhsil məktəbinin komandası I, Tovuz rayon Elşad Orucov adına Bayramlı kənd tam orta ümumtəhsil məktəbinin komandası II, Tovuz şəhər A.Puşkin adına tam orta ümumtəhsil məktəbinin komandası isə III yerə layiq görülmüş və hər üç komanda təltif edilmişdir.
Tədbirin sonunda xatirə şəkli çəkilib.






