Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “8 noyabr - Zəfər Günü”nə həsr olunmuş bayram tədbiri keçirilmişdir

08 noyabr 2023 | 19:40

Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ayan Palace” otelində “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş şəhid ailələri,qazilər,müharibə iştirakçılar və ictimaiyyət nümayəndəlri üçün bayram tədbir keçirilmişdir.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov,  Milli Məclisin deputatları Ülviyyə Ağayeva, Arzu Nağıyev və  hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Tədbirin əvvəlində  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin  və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov , Milli Məclisin deputatları Ülviyyə Ağayeva  və Arzu Nağıyev çıxış edərək “8 noyabr-Zəfər Günü” münasibətilə tədbir iştirakçılarını və  rayon sakinlərini təbrik etmişlər. Bu böyük qələbə və zəfərləri qəhrəman şəhidlərimizə, onların dəyərli valideynlərinə, qazilərimizə ümumilikdə Azərbaycan ordusuna və Müzzəffər Ali Baş Komandana borclu olduğumuzu bildirmişlər.

Vətən müharibəsi şəhidi Ceyhun İsmayılovun anası Aytəkin İsmayılova, Vətən müharibəsi qəhrəmanı Orxan Cabbarovun nənəsi Ofelya Rüstəmova, şəhid Niftalı Orucovun atası Qəfər Orucov, şəhid Elmar Şirinovun anası Amana Nəsirova, Vətən müharibəsi qazisi Nahid Hacıyev Vətən müharibəsində torpaqlarımızın 30 illik işğalına son qoyulduğunu qeyd edərək Vətən müharibəsində xüsusi şücaət göstərərək şəhid olanların ailə üzvlərinə və qazi olanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.  

Tədbir konsert proqramı ilə davam edib.

Sonra rayon sakinlərinə Heydər Əliyev Meydanında geniş konsert proqramı Azərbaycan Respublikasının Xalq artisti Simarə İmanovanın, Əməkdar artisti Nuriyyə Hüseynovanın və digər incəsənət ustalarının  iştirakı ilə təqdim olunub. Rayon sakinləri konsert proqramını böyük hərarət, coşqu və alqışlarla qarşılamışlar.

 

Keçidlər