Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “8 Noyabr – Zəfər günü”nə həsr olunan intellektual turnir keçirilib

03 noyabr 2022 | 12:06

Tovuz rayon İcra Hakimiyyəti və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin birgə təşkilatçılığı ilə intellektual turnir keçirilib.

 “8 noyabr - Zəfər Günü”nə həsr olunan intellektual turnirdə 20-ə yaxın idarə, müəssisə və təşkilatların komandaları iştirak edib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və vətənimizin bütövlüyü uğurunda canını fəda edən igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Oyun iştirakçıları 44 günlük Vətən Müharibəsi, Milli Qəhrəmanlar və Qarabağ tarixinə dair sualları cavablandırmağa çalışıblar.

Gərgin mübarizə şəraitində keçən yarışın sonunda Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin komandası birinci, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz şöbəsinin “Vətən” komandası ikinci, Tovuz rayon İcra Hakimiyyəti başçısının İƏD üzrə  nümayəndəlikləri təmsil edən komandası isə üçüncü yeri tutub.

Turnirin qaliblərinə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz təhsil sektorunun müdiri Elmira Mürşüdlü tərəfindən kubok, medal və hədiyyələr təqdim olunub.

 

Keçidlər