Tovuzda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib
8 Noyabr – Zəfər Günü münasibətilə Tovuz rayonunda Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi olaraq ağacəkmə aksiyası təşkil olunub.
Aksiyada Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, Qazilər, Müharibə iştirakçıları, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin ehtiramla yad edildiyi aksiyada ağacların əkilməsi Zəfər Gününün mənəvi dəyərinin, milli həmrəyliyin və gələcək nəsillərə yaşadılacaq vətənpərvərlik ənənələrinin rəmzi kimi xüsusi əhəmiyyət daşıyıb.
Aksiya çərçivəsində ərazidə 320 ədəd badam ağac əkilmişdir.






