Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 8 noyabr Zəfər günü ərəfəsində “Vətənin Müdafiəsinə Hazıram” devizi altında idman yaraşı keçirilib

05 noyabr 2022 | 15:43

Tovuz Olimpiya İdman Kompleksinin idman meydançasında rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman idarəsinin və Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə                 8 noyabr Zəfər günü ərəfəsində 16 məktəb komandası iştirakı ilə “Vətənin Müdafiəsinə Hazıram" poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir.

Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən RİH başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədov və rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov "Zəfər günü"ün tarixi əhəmiyyəti barədə iştirakçılara məlumat vermişlər.

Birincilikdə iştirakçılar 100 m qaçış, 1000 m kross, turnikdə dartınma və qumbara atma növləri üzrə yarışmışlar. Böyük coşqu ilə keçən yarışda l yerə  M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbin, ll yerə R.İsmayılov adına Düz Cırdaxan kənd tam orta məktəbin, lll yerə isə E.Tağıyev adına Cəlilli kənd tam orta mətəbin komandası layiq görülmüşlər.

Bu yarışda xüsusi fəallığı və vətənpərvərlik simvollarını özündə əks etdirən formalarda iştirakına görə Tovuz Peşə Liseyinin müəllimlərinə və şagirdlərinə təşəkkür elan olunmuşdur.Qalib komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən kubok və diplomlarla təltif olunmuşlar.

Keçidlər