Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “8 Noyabr-Zəfər Günü” ərəfəsində Vətən Müharibəsi Qəhrəmanının ailəsi ziyarət edilib

28 oktyabr 2025 | 12:10

“8 Noyabr - Zəfər Günü” ərəfəsində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov və  ictimaiyyət nümayəndələri Vətən Müharibəsi Qəhrəmanı Orxan Cabbarovun ailəsini ziyarət ediblər.

Ziyarətçilər qəhrəmanın nənəsi ilə görüşüb, qayğıları və sosial vəziyyəti ilə maraqlanıblar. Sonra şəhidin müharibə zamanı göstərdiyi qəhrəmanlıqlardan söhbət edərək Orxan Cabbarovun əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağını vurğulayıblar.

Qəhrəmanın nənəsi Gülsüm Məmmədova göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Orxan Cabbarov Şuşanın azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə "Vətən Müharibəsi Qəhrəmanı", “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə",  "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Keçidlər