Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “8 noyabr – Zəfər günü” ərəfəsində sərgi təşkil edilib  

04 noyabr 2022 | 14:37

Tovuz şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “8 noyabr - Zəfər günü”nə həsr olunan məktəblilərin rəsm və əl işlərinin, eyni zamanda vətənpərvərlik mövzusunda yazılmış kitabların nümayiş olunduğu sərgi təşkil olunub.

Sərginin keçirilməsində məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış tarixi Zəfəri əsərlərdə nümayiş etdirməkdir. Eyni zamanda, xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdir.

Sərgini Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz təhsil sektorunun müdiri Elmira Mürşüdlü, müəllimlər, ictimaiyyət nümayəndələri, şagirdlər izləyiblər.

 

Keçidlər