Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə şəhid anaları və xanımları ziyarət olunub

07 mart 2026 | 10:56

“8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə Tovuz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri ziyarət edilib. Ziyarət çərçivəsində Vətən müharibəsi şəhidlərinin anaları və həyat yoldaşları, eləcə də I Qarabağ müharibəsi şəhidlərinin həyat yoldaşları ilə görüş keçirilərək onlar bayram münasibətilə səmimi qəlbdən təbrik olunub, hədiyyələr təqdim edilib.

Görüşlər zamanı bildirilib ki, Vətən uğrunda canından keçən qəhrəman övladlar yetişdirən analar və şəhidlərin həyat yoldaşları xalqımız üçün böyük mənəvi dəyərdir. Onların göstərdiyi fədakarlıq, səbr və vətənpərvərlik nümunəsi hər zaman dərin hörmət və ehtiramla yad edilir. Qeyd olunub ki, şəhid ailələrinə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir və onların problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.

Şəhid anaları və xanımları onlara göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını ifadə edərək, ölkəmizdə şəhid ailələrinə göstərilən yüksək qayğıya görə möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

 

Keçidlər