Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və xanımları evlərində ziyarət olunub

07 mart 2024 | 18:22

Tovuz Rayon İcra Hakimiyyətinin məsul işçiləri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin analarını və şəhidlərin xanımlarını evlərində təbrik edərək hədiyyələr təqdim etmişlər.

Ziyarət zamanı bildirilib ki, Vətən üçün canlarından keçən övlad böyüdən qadınlarımız qarşısında baş əyirik, onlar ən yüksək ehtirama layiqdirlər və həmişə onların yanındayıq.

Şəhid anaları və xanımları onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Keçidlər