Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 5 oktyabr – Beynəlxalq müəllimlər günü qeyd olunub

05 oktyabr 2022 | 18:01

Tovuz rayon İcra Hakimiyyətinin inzibati binasında RİH başçısı Məmməd Məmmədovun, Tovuz-Qazax Regional Təhsil İdarəsinin Tovuz təhsil sektorunun müdiri Elmira Mürşüdlünün, RİH başçısı aparatının məsul əməkdaşlarının, şəhid analarının və müəllimlərin iştirakı ilə 5 oktyabr – Beynəlxalq müəllimlər günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə müəllimlər Ulu Öndər Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Tədbiri giriş sözü ilə açan Məmməd Məmmədov peşə bayramları münasibətilə müəllimləri təbrik edib, onlara çətin və məsuliyyətli peşələrində uğurlar arzu edib. RİH başçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə təhsil sahəsində uğurla həyata keçirilən layihələrdən, bu istiqamətdə Tovuz rayonunda görülən işlərdən bəhs etmiş və rayonumuzda son illərdə əldə olunan nəticələri diqqətə çatdırmışdır. Məmmədov Məmmədov Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2022-ci il tarixli Sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülən Abdıyeva Amalya Nəbi qızını və “Tərəqqi” medalına layiq görülən Qurbanova Təranə Nürəddin qızını təbrik etmiş, həmin fəxri adların eyni zamanda Tovuz təhsilinə və rayon sakinlərinə verilən yüksək qiymət olduğunu vurğulamış və bütün tovuzlular adından ölkə Prezidentinə təşəkkürünü bildirmişdir.

Daha sonra çıxış edən Tovuz təhsil sektorunun müdiri Elmira Mürşüdlü,  Hacılar kənd tam orta məktəbin direktoru Güloğlan Bayramov, Aşağı Quşçu kənd 1 saylı tam orta məktəbin müəllimi Leyla Məmmədova və Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin müəllimi, Vətən müharibəsi qazisi Nahid Hacıyev uğurla həyata keçirilən təhsil siyasəti sayəsində ölkənin hər yerində, o cümlədən Tovuz rayonunda yüksək nəticələrin əldə olunduğunu bildirmiş, təhsilə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq etmişlər.

Sonda təhsildə əldə etdiyi nailiyyətlərə görə bir qrup müəllimə Tovuz rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunmuşdur.

Keçidlər