Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 5 oktyabr – Beynəlxalq müəllimlər günü qeyd edilib

05 oktyabr 2023 | 17:20

Tovuz rayon İcra Hakimiyyətinin inzibati binasında RİH başçısı Məmməd Məmmədovun, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz təhsil sektorunun əməkdaşlarının, qazilər və müəllimlərin iştirakı ilə 5 oktyabr – Beynəlxalq müəllimlər günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov peşə bayramları münasibətilə müəllimləri təbrik edib, onlara çətin və məsuliyyətli peşələrində uğurlar arzu edib. RİH başçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə təhsil sahəsində uğurla həyata keçirilən layihələrdən, bu istiqamətdə Tovuz rayonunda görülən işlərdən bəhs etmiş və rayonumuzda son illərdə əldə olunan nəticələri diqqətə çatdırmışdır.

Sonda təhsildə əldə etdiyi nailiyyətlərə görə bir qrup müəllimə Tovuz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunmuşdur.

Keçidlər