Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “5 mart – Bədən Tərbiyəsi və İdman Günü” qeyd edilib

05 mart 2025 | 13:57

Tovuzda “5 mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə tədbir keçirilib.

Tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər.

Tədbirdə Ümummilli Lideri Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Giriş sözü ilə çıxış edən RİH başçısı aparatının məsul işçisi Tofiq Əliyev tədbir iştirakçılarını “5 mart- Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə təbrik edərək, onlara uğurlar arzulamışdır.Qeyd etmişdir ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi təsis edilmişdir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Azərbaycan idmanında uğurların əsasını Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edirilir. İdman sahəsində qarşıya qoyulan əsas məqsədlərdən biri də odur ki, hər bir gənc idmanla məşğul olsun. Rayonumuzda demək olar ki, hər növ idmanla məşğul olmaq üçün imkanlar yaradılmışdır. Fiziki cəhətdən sağlam olan insanlar, adətən mənəvi cəhətdən də böyük keyfiyyətlərə malikdirlər. Sağlam bədəndə sağlam ruh olar pirinsipinə söykənərək demək olar ki, Azərbaycan həm də sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir.

Sonra çıxış edənlər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi İdrak Tağıyev, Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Məleykə Əmirzadə və Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin fiziki-tərbiyə müəllimi Alı İbrahimov ötən il ərzində rayon idmançılarımızın zona, respublika və beynalxalq yarışlarda qazandıqları uğurları qeyd edərək bu sahədəki mühüm nəticələri diqqətə çatdırmış və qarşıda duran vəzifələrdən bəhs ediblər.

Daha sonra idmanda əldə etdiyi uğurlara görə bir qrup idmançı və məşqçi-müəllimə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin fəxri-fərmanları təqdim olunub.

Sonda xatirə şəkili çəkilib.

 

Keçidlər