Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə tədbir keçirilib

05 mart 2026 | 11:00

Tovuzda “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş   “Sağlam cəmiyyətin əsası – Bədən tərbiyəsi və idman” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Giriş nitqi ilə çıxış edən Tovuz Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Tofiq Əliyev tədbir iştirakçılarını rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun adından səmimi-qəlbdən təbrik edərək idmançılara və məşqçilərə yeni-yeni uğurlar arzulayıb. Çıxışında vurğulayıb ki, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ölkəmizdə idmana göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən idman siyasəti nəticəsində Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Qeyd olunub ki, rayonda idmanın inkişafı daim diqqət mərkəzində saxlanılır, maddi-texniki baza möhkəmləndirilir, gənclərin sağlam həyat tərzinə marağının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. İdman yalnız fiziki hazırlıq deyil, eyni zamanda vətənpərvərlik, intizam və milli ruhun formalaşmasında mühüm rol oynayır. Bu baxımdan Tovuz idmançılarının əldə etdiyi nailiyyətlər rayon ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və gələcək uğurlar üçün möhkəm zəmin yaradır.

Sonra çıxış edən Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Məleykə Əmirzadə, Tovuz Gənclər evi Sosial Xidmət Müəssisəsinin  müdiri Rauf Rüstəmov və karate üzrə məşqçi-müəllim Alı İbrahimov ötən dövr ərzində rayon idmançılarının zona, respublika və beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərdən bəhs ediblər. Çıxışlarda idman infrastrukturunun genişləndirilməsi, kütləviliyin artırılması və peşəkar idmançıların yetişdirilməsi istiqamətində qarşıda duran vəzifələr diqqətə çatdırılıb.Eyni zamanda vurğulanıb ki, 2025-ci ildə Tovuz rayon idmançıları müxtəlif səviyyəli yarışlarda yüksək nəticələr əldə edərək rayonun idman nüfuzunun daha da möhkəmlənməsinə töhfə veriblər. Qazanılan medallar, fəxri adlar və komanda uğurları rayonda idmana göstərilən diqqətin real göstəricisi kimi dəyərləndirilib.

Daha sonra idmanda əldə etdiyi uğurlara görə bir qrup idmançı və məşqçi-müəllimə Tovuz Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

 

Keçidlər