Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar “Mart soyqırımı insanlığa sığmayan cinayətdir” mövzusunda elmi-praktik konfrans keçirilib

29 mart 2024 | 14:44

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans 31 mart 1918-ci ildə baş vermiş soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad  edildikdən sonra açıq elan olunub.

Giriş sözü ilə çıxış edən RİH başçısı Məmməd Məmmədov soyqırımın ağır nəticələrini qeyd edərək, 31 mart qanlı hadisələrinə yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə düzgün siyasi qiymət verildiyini, məhz onun imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyini və hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunduğunu bildirmişdir.

Sonra RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova “31 mart Azərbaycanlıların Soyqırımının beynəlxalq  ictimaiyyətə çatdırılması”, YAP Tovuz rayon təşkilatının məsləhətçisi Arifə Abbasova “Azərbaycanlıların Soyqırımı Günü”, RİH başçısının Yanıqlı  kənd İƏD üzrə nümayəndəsi Yaqub Qasımov  “XX əsrdə Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti”, Tovuz şəhər E.Məmmədov adına tam orta məktəbin direktoru Nizami Qasımov “Soyqırımın dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun rolu”, Hacıhəsənli kənd Y.Alıyev adına tam orta məktəbin direktor müavini Elçin Rzayev “31 Mart Azərbaycan tarixinin qanlı salnaməsidir” mövzularında məruzələrlə çıxışlar etmişlər.

Elmi-praktiki konfransı RİH başçısı Məmməd Məmmədov yekunlaşdırmışdır.

Keçidlər