Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçiriləcək  

29 dekabr 2022 | 15:31

Azərbaycanlılar üçün əziz bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı respublikamızın hər yerində olduğu kimi, Tovuz  rayonunda da böyük təntənə ilə qeyd olunur. Şəhər və kəndlər bayramsayağı bəzədilir, rayonda bayram günlərinin şən və maraqlı keçirilməsi üçün lazımi hazırlıq tədbirləri görülür.

Əziz tovuzlular və rayonumuzun qonaqları!

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl bayramı  münasibətilə 30 dekabr 2022-ci il tarixində saat 14:30-da Tovuz şəhəri Heydər Əliyev Meydanında bayram tədbiri keçiriləcəkdir.

Rayonumuzun sakinlərini və qonaqlarını bayram tədbirində iştirak etməyə dəvət edirik.

Keçidlər