Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə bayram konserti keçirilib.  

30 dekabr 2025 | 15:50

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Tovuz rayonunda bayram konserti təşkil olunub. Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev meydanında keçirilən tədbir rayon sakinləri və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra  Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayon sakinlərini və qonaqları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edib, xalqımızın birlik və həmrəyliyinin əhəmiyyətini vurğulayıb, hər kəsə uzun ömür, möhkəm can sağlığı, ailə səadəti, ruzi-bərəkət və yeni ildə uğurlar arzulayıb.

Bayram proqramında Azərbaycan estradasının tanınmış və sevilən sənətçiləri, eləcə də rayonun incəsənət ustaları çıxış edərək tədbirə xüsusi bayram əhval-ruhiyyəsi bəxş ediblər. Bir-birindən maraqlı musiqi nömrələri və rəngarəng ifalar iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. İncəsənət ustalarının iştirakı ilə təqdim olunan bayram konserti tamaşaçılara xoş ovqat bəxş edib.

Şaxta Baba və Qar Qızının iştirakı ilə uşaqlara müxtəlif hədiyyələr paylanıb, bu da balacaların sevincinə səbəb olmuşdur.

 

Keçidlər