Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

30 dekabr 2022 | 17:31

Ölkəmiz üçün ən əziz bayramlardan biri olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı Tovuz rayonunda da böyük  təntənə ilə qeyd olunur.

Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Heydər Əliyev meydanında rayon mədəniyyət mərkəzinin bədii öz fəaliyyət kollektivinin təqdimatında geniş konsert proqramı təşkil olunub.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov konsert proqramından əvvəl çıxış edərək tovuzluları və rayonumuzun qonaqlarını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə səmimi qəlbdən təbrik etmiş, onlara uzun ömür, can sağlığı, xoşbəxtlik, ruzi bərəkət arzulamışdır.

Heydər Əliyev meydanına toplaşan rayon sakinləri və rayonumuzun qonaqları konsert proqramını böyük sevinc və coşqu ilə izləyiblər.

Keçidlər