Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib

26 sentyabr 2026 | 09:28

“27 Sentyabr – Anım Günü”nə həsr olunmuş vətənpərvərlik mövzusunda rəsm sərgisi və anım tədbiri A.Qasımov adına Tovuz şəhər tam orta ümumtəhsil məktəbində keçirilib.

Əvvəlcə tədbir iştirakçıları məktəblilərin vətənpərvərlik mövzusunda hazırladıqları rəsm sərgisinə baxış keçiriblər. Şagirdlərin təqdim etdikləri rəsmlərdə Vətən müharibəsinin qəhrəmanlıq ruhu, şəhidlərimizin əziz xatirəsi, Azərbaycan Ordusunun şücaəti və xalqımızın qazandığı tarixi Zəfər öz əksini tapıb.

Sərgiyə baxışdan sonra məktəbin akt zalında anım tədbiri keçirilib. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon üzrə təhsil sektorunun müdiri Aysel Quliyeva, məktəb direktorları, müəllimlər, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.

Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi yeri olduğunu bildirib. Qeyd edib ki, bu əlamətdar gün Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi gündür. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı böyük həmrəylik və birlik nümayiş etdirərək tarixi Zəfərə nail olub. Bu Qələbə şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı və Azərbaycan Ordusunun şücaəti hesabına qazanılıb. Şəhidlərimizin həyat yolu, Vətən sevgisi və göstərdikləri qəhrəmanlıq gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsində mühüm örnəkdir. Bildirilib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların keçdiyi şərəfli yolun gənc nəslə çatdırılması hər birimizin mənəvi borcudur.

Sonra Araz Hüseynov adına Aşağı Öysüzlü kənd tam orta ümumtəhsil məktəbinin direktoru Səhər İmamverdiyeva, həmin məktəbin hərbi rəhbəri Avazov Elxan, Vətən müharibəsi qazisi Hüseyn İsmayılov və müharibə iştirakçısı Eyvaz Süleymanov çıxış edərək Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqdan, şəhidlərin keçdiyi şərəfli döyüş yolundan söz açıblar. Çıxışlarda şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad edildiyi, onların Vətən sevgisinin və qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğu vurğulanıb.

Tədbirin sonunda Vətən müharibəsinə və şəhidlərimizin qəhrəmanlıq yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Keçidlər