Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

25 sentyabr 2026 | 14:44

“27 Sentyabr – Anım Günü” ərəfəsində Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Aksiyada Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak ediblər.

Ağacəkmə aksiyasının keçirildiyi ərazidə əvvəlcədən təmizlik və abadlıq işləri aparılıb, ərazi ağacların əkilməsi üçün hazırlanıb.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi olaraq keçirilən aksiya çərçivəsində ərazidə 500 ədəd müxtəlif cinsli ağac əkilib.

Aksiyanın əsas məqsədi şəhidlərimizin xatirəsini ehtiramla yad etməklə yanaşı, yaşıllıq sahələrinin genişləndirilməsi, ətraf mühitin qorunması və rayonun ekoloji mühitinin daha da yaxşılaşdırılmasına töhfə verməkdir.

Keçidlər