Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “27 Sentyabr - Anım Günü”nə həsr edilən ağacəkmə aksiyası keçirilib

24 sentyabr 2025 | 14:44

“27 Sentyabr- Anım Günü” ərəfəsində  Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, idarə-müəssisə  və xidmət sahələrinin rəhbərləri, qazilər və müharibə iştirakçıları iştirak ediblər.

Aksiya iştirakçıları tərəfindən ağac əkilən ərazidə əvvəlcədən təmizlik işləri aparılıb və əkin üçün hazır vəziyyətə gətirilib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq təşkil edilən bu aksiya zamanı 150 ədəd şam və küknar ağacı əkilib.

Keçidlər