Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 27 sentyabr Anım Günündə şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib

27 sentyabr 2022 | 14:12

27 sentyabr Anım Günündə şəhidlərin əziz xatirəsinə Tovuzda ağacəkmə aksiyası təşkil olunub. Aksiya  Tovuz şəhəri ərazisində keçirilib.

Ağacəkmə aksiyasında Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Aksiyada ümumilikdə 40 müxtəliv növ ağaclar əkilmişdir.

Şəhid ailələrinin üzvləri övladlarının əziz xatirəsinin yad olunması üçün təşkil olunan təqdirəlayiq tədbirlərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər.

Keçidlər