Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “27 Sentyabr – Anım Günü” ərəfəsində şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilir.

21 sentyabr 2026 | 19:17

“27 Sentyabr – Anım Günü” ərəfəsində Tovuz rayonunda Vətən uğrunda canından keçmiş şəhidlərin məzarları ziyarət olunub. Qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolu və göstərdikləri misilsiz fədakarlıq ehtiramla xatırlanıb.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov şəhid ailələrinin üzvləri ilə birlikdə Alakol, Dönük Qırıqlı, Aşağı Quşçu və Dondar Quşçu  kəndlərində yerləşən şəhid məzarlarını ziyarət edib.

Məzarların üzərinə gül dəstələri düzülüb, şəhidlərin ruhlarına dualar oxunub. Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən igidlərimizin qəhrəmanlığı və Vətənə sədaqəti bir daha ehtiramla anılıb.

Ziyarət çərçivəsində şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanılıb, onlarla səmimi söhbətlər aparılıb. Görüşlərdə şəhidlərimizin şərəfli irsinin qorunmasının və adlarının gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Sonda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin daim uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

Keçidlər