Tovuzda “27 Sentyabr – Anım Günü” ərəfəsində qəhrəman şəhidlərimizin xatirəsi böyük ehtiram və qürurla yad olunur
“27 Sentyabr- Anım Günü” ərəfəsində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və ictimaiyyət nümayəndələri ilə birlikdə rayonun Yanıqlı və Qəribli kənd qəbiristanlıqlarında uyuyan qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidlərin əziz xatirəsi dərin hörmətlə yad olunub, məzarların üzərinə gül dəstələri qoyulub. Şəhidlərin ruhuna dualar oxunub.
Sonra şəhid ailələrinin və müharibə əlillərinin qayğı və arzuları dinlənilib. İcra başçısı Məmməd Məmmədov qeyd edib ki, Azərbaycan xalqı öz qəhrəman övladları ilə həmişə fəxr edir, onların göstərdikləri igidlik və Vətən sevgisi gələcək nəsillər üçün örnəkdir.
Şəhid ailələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya daim göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.






