Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 26 iyun – Azərbaycan Silahlı Qüvvələri günü qeyd edilib

26 iyun 2025 | 13:27

Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə 26 iyun – Azərbaycan Silahlı Qüvvələri günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hərbi komandirlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov hərbi hissənin şəxsi heyətini bayram münasibətilə təbrik edib və xidmətlərində müvəffəqiyyətlər arzulayıb. Qeyd edib ki, milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ulu Öndərin təşəbbüsü ilə başlanmış hərbi kadrların hazırlanması prosesi gələcəkdə mütəşəkkil ordunun yaranması üçün əhəmiyyətli baza yaratmışdır. Ulu Öndərin Ordu quruculuğu siyasəti Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Silahlı Qüvvələrimizin müasir silah və texnika ilə təchiz edilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi əsas məsələ kimi diqqətdə saxlanılmışdır. Prezident İlham Əliyevin Ordu Quruculuğuna göstərdiyi qayğı və diqqət nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer almışdır. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, qüdrətli Ordumuzun gücü hesabına düşmən məğlub edildi və  Azərbaycan Ordusu tarixi Qələbə qazandı.

Sonra hərbi hissənin komandiri polkovnik Ramin Mustafayev çıxış edərək ölkədə aparılan mükəmməl ordu quruculuğunun və bu sayədə qazanılan böyük Zəfərin əhəmiyyətindən danışmış, Silahlı Qüvvələrimizə göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürlərini bildirmişdir.

Xidmətdə fərqlənən hərbi hissənin əsgərlərinin bir qrupuna rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olunub.

Tədbir rayonunun mədəniyyət və incəsənət işçilərinin konsert proqramı ilə davam edib.

 

Keçidlər