Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 26 iyun – Azərbaycan Silahlı Qüvvələri günü ilə əlaqədar tədbir keçirilib

26 iyun 2022 | 16:05

Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104-cü il dönümü və 26 iyun – Azərbaycan Silahlı Qüvvələri günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hərbi komandirlər, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Silahlı Qüvvələrin yaradılmasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

Hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Azərbaycanın bütün silahlı qüvvələrini bu günki bayram münasibətilə təbrik etmişdir. O bildirmişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin yaranması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. İcra başçısı Heydər Əliyevin açdığı yolda inamlı və qətiyyətli addımlarla irəliləyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində son illərdə Ordunun döyüş qabiliyyətinin daha da yüksəldiyini, maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndiyini, hərbiçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldığını qeyd etmişdir.

Məmməd Məmmədov 44 günlük Vətən müharibəsi zamanı qazanılan qələbənin tarixi əhəmiyyətini vurğulamış, Böyük Zəfərin xalq-ordu birliyi, yüksək döyüş hazırlığı və müzəffər rəhbərliyin hesabına əldə olunduğunu diqqətə çatdırmışdır.

Tədbərdə çıxışçılar ölkədə aparılan mükəmməl ordu quruculuğunun və bu sayədə qazanılan böyük Zəfərin əhəmiyyətindən danışmış, Silahlı Qüvvələrimizə göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə təşəkkürlərini ifadə etmişlər.

Sonra xidmətdə fərqlənən hərbi qulluqçuların bir qrupuna rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olunub.

Tədbir rayonunun mədəniyyət və incəsənət işçilərinin konsert proqramı ilə davam edib.

Keçidlər