Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “23 iyun- Dövlət qulluqçularının peşə bayramı” günü qeyd olunub

23 iyun 2024 | 11:06

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə 23 iyun Dövlət qulluqçularının peşə bayramı günü kimi təsis olunub.

Tovuzda “Dövlət qulluqçularının peşə bayramı” günü münasibətilə tədbir keçirilib.

Tədbirdən əvvəl Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz RİH başçısı aparatının kollektivi və rayonda fəaliyyət göstərən dövlət müəssisələrində çalışan dövlət qulluqçuları Ulu Öndər Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad etmişlər.

Tədbirdə RİH başçısı Məmməd Məmmədov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə fərqlənən bir qrup dövlət qulluqçusuna Tovuz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər