Tovuzda 23 avqust - Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar tədbir keçirildi
Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 21 avqust tarixli sərəncamı ilə 23 avqust – Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü elan olunub.
Tədbirdə Tovuz RİH başçısı Məmməd Məmmədov, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional İdarəsinin rəisi mayor Nicat Həsənov və RİH aparatının məsul şəxsləri iştirak ediblər.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional İdarəsinin əməkdaşlarını peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə xüsusi mühafizə sisteminə diqqət və qayğı siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahənin şəxsi heyəti Azərbaycanın ərazi bütövlüyü, ictimai-siyasi sabitliyin qorunması və baş verə biləcək terror aktlarının qarşısının alınması kimi ən mühüm məsələlərdə böyük fədakarlığla ölkəmizə xidmət edir.
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional İdarəsinin rəisi mayor Nicat Həsənov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi.
Tədbirin sonunda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa regional şöbəsinin nümunəvi xidmət göstərən bir qrup əməkdaşı rayon İcra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.