Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib.

22 noyabr 2023 | 16:46

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə Ədliyyə işçilərinin 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü olaraq təsis olunmuşdur.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və rayonunun ədliyyə işçiləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək ruhuna dərin ehtiram bildirmiş, abidəsi önünə gül dəstələri qoymuşlar.

Məmməd Məmmədov Ədliyyə işçilərini təbrik edərək işlərində uğurlar arzulamışdır. İcra başçısı Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, xüsusilə Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan söhbət açmış, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızda  davamlı tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin olunduğunu vurğulamışdır.

Sonda  xatirə şəkli çəkilmişdir.

Keçidlər