Tovuzda 2023-cü ildə Mülki Müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr mövzusunda tədbir keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2023-cü ildə Mülki Müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr mövzusunda tədbir keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəlada Hallar Komissiyasının sədri Rəşad Zeynalov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin İdarə rəisləri , rayonun idarə, müəssisə və təşkilatların məsul əməkdaşları iştirak ediblər.
Müşavirə zamanı rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Zeynalov çıxış edərək bildirmişdir ki, əhalinin və ərazilərin fövqəladə hallardan qorunmasının və mülki müdafiənin təşkili rayon İcra Hakimiyyətinin daimi diqqətində olmaqla səmərəli təmin edilmişdir. Bu sahədə fəaliyyətimizi aidiyyəti orqanlar ilə qarşılıqlı əlaqə qurmuşuq. Rayon ərazisində baş verə biləcək təbii fəlakətlərin zəlzələ, yanğın, daşqın, infeksion xəstəliklər və sair nəticələrinin operativ şəkildə aradan qaldırılması, eyni zamanda rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat və qurumlarda yanğın təhlükəsizliyi və mülki müdafiə işlərinə nəzarətin gücləndirilməsi, əhali və işçilər arasında maarifləndirmə işlərinin təşkili məqsədi ilə rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları əsasında rayon Fövqəladə Hallar Komissiyası, həmçinin ərazi Mülki Müdafiə qüvvələri və xidmətləri yaradılmışdır.
Daha sonra Gəncə Regional Mərkəzinin Mülki Müdafiəyə hazırlıq şöbəsinin rəisi polkovnik-leytenant Bəhai Nəsirov və Mülki Müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi mayor Fuad Muradov çıxış edərək mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr barədə geniş məlumat vermişlər.
Tədbir müzakirələrlə davam etdirilmişdir.