Tovuzda 20 Yanvar Ümumxalq Hüzn Gününün 36-cı il dönümü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsi anılmışdır
20 yanvar 2026 | 12:51
20 Yanvar Ümumxalq Hüzn Gününün 36-cı il dönümü ilə əlaqədar Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazılər, idarə-müəssisə kollektivləri,rayon ictimaiyyətinin nümayəndələri və rayonun sakinləri şəhidlərimizin xatirəsini yad etmək üçün Tovuz Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar oxunmuş, şəhidlərimizin xatirəsinə inşa olunmuş abidə kompleksinin və əbədi məşəl abidəsinin önünə gül dəstələri qoyulmuşdur.
Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.






