Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 20 Yanvar Ümumxalq Hüzn Gününün 36-cı il dönümü ilə əlaqədar ədəbi-bədii kompozisiya təqdim edilib

19 yanvar 2026 | 16:29

Tovuz Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə  Nizami adına Mədəniyyət evində 20 Yanvar Ümumxalq Hüzn Gününün 36-cı il dönümünə həsr edilmiş “Ünvanı dəyişən Al Qərənfilim” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.

Tədbir iştirakçıları öncə kitab sərgisinə və məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Tədbir mədəniyyət və incəsənət işçilərinin ifasında davam etdirilərək ədəbi-bədii kompozisiya nümayiş olunub.

Keçidlər