Tovuzda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsi anılmışdır
20 yanvar 2024 | 12:27
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayonun sakinləri şəhidlərimizin xatirəsini yad etmək üçün Tovuz şəhərindəki Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar oxunmuş, şəhidlərimizin xatirəsinə inşa olunmuş abidə kompleksinin və əbədi məşəl abidəsinin önünə gül dəstələri qoyulmuşdur.
Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.